AZ

Nazirin müavinləri: Hüquqşünas, politoloq, mühəndis...

Prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla kənd təsərrüfatı nazirinin müavinlərinin sayı dördə çatıb. Yeni yaradılan posta yaxın günlərdə təyinat olacaq. Metbuat.az xəbər verir ki, hazırda kənd təsərrüfatı naziri Məcnun Məmmədovun 3 müavini var. Onlarla bağlı məlumatları təqdim edirik. Fotoda: Məcnun MəmmədovNazirin ən stajlı müavinlərindən biri İlhamə Qədimovadır. O, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. İlhamə xanım Türkiyədə təhsil alıb, ixtisasca hüquqşünasdır. Özəl sektorda 11 il hüquqşünas və konsultant olaraq çalışıb. Sonuncu təyinata kimi Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanda və Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində məsul vəzifələr tutub. Təşəbbüskarlığı, təşkilatçılıq bacarığı və peşəkarlığı ilə seçilir. Fotoda: İlhamə QədimovaMəcnun Məmmədovun digər müavini Sarvan Cəfərovdur. Sarvan Cəfərov ixtisasca politoloqdur. O, Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə təhsili alıb. 41 yaşlı Sarvan Cəfərov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Fotoda: Sarvan Cəfərov
Kənd təsərrüfatı nazirinin digər müavini isə Elçin Zeynalovdur. O da qeyri-ixtisas sahibidir, mühəndisdir. Elçin Zeynalov Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub. Fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Fotoda: Elçin Zeynalov
Qeyd edək ki, nazir Məcnun Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb. O, 14 aprel 2023-cü ildən kənd təsərrüfatı naziri vəzifəsində çalışır.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
38
2
metbuat.az

3Mənbələr