Azərbaycan Mərkəzi Bankı (AMB) “Finans Kredit” və “SF Azerbaijan” MMC-lər bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.BAKU.NEWS bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq hər iki BOKT-un vəzifəli şəxsləri müvafiq olaraq 1,5 manat və 2 min manat cərimələnib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


