AZ

Paşinyan kimdən qorxur: İclaslarda telefonlar da yığılır

Müharibədən sonra Nikol Paşinyanın qorxuları nəinki azalmır, həm də gündən-günə artır və bu, hər addımda hiss olunur. 

Onun mühafizəsi üçün təkcə bütöv bir polis qüvvəsi deyil, həm də MTX dəstələri, gücləndirilmiş cangüdənlər çalışmır. 

Hətta öz xalqı və komanda yoldaşları ilə görüşlər zamanı belə ciddi təhlükəsizlik tədbirləri görülür. Məsələn, hər kəsin telefonları götürülür”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu erməni mətbuatı yazıb. Bildirilib ki, Paşinyan öz komandasına, komanda da ona etibar etmir. 

“Hökumət üzvlərindən öyrəndik ki, onlara hökumət hökumət iclaslarında mobil telefon olmadan iştirak etmək tapşırılıb. Həmin iclaslarda iştirak edənlərin telefonları toplanır və hökumət binasının girişində, supermarketlərdəki qutulara bənzər xüsusi kilidlənən qutularda yerləşdirilir. 

Lakin az adam həmin qutulara və Paşinyana etibar etdiyindən, hökumət iclaslarına gələnlər telefonlarını maşınlarında qoymağa başlayıblar”,-deyə “Hraparak” yazıb. 

Nəşrin həmsöhbəti etiraf edib ki, onlar bu müddət ərzində telefonlarının dinləniləcəyindən və ya deşifrə ediləcəklərindən qorxurlar: 

“Heç kim Ovik Ağazaryanın (qalmaqallı çıxışlarına görə “Vətəndaş Müqavişi” Partiyasından qovulan deputat –red.)  unutmur və heç kim hökumət başçısının dürüstlüyünə ümid etmir”.

Seçilən
67
1
cebheinfo.az

2Mənbələr