Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatları Livanıncənubuna hava zərbəsi endirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata əsasən, zərbənin hədəfi “Hizbullah” hərəkatının silahlıqanadının üzvlərindən biri olub. O, Beyrutdan 90 km cənub-şərqdə,Deyr-Kanun və Batuliya yaşayış məntəqələrini birləşdirən yoldamotosikletdə olarkən zərbəyə tuş gəlib.
“Hizbullah” döyüşçüsünün aldığı xəsarətlərdən hadisə yerindəvəfat etdiyi bildirilir.
İsrail Müdafiə Qüvvələri (IDF) məlumatı təsdiqləsə də, hadisənintəfərrüatlarını şərh etməyib.