Məcnun Məmmədovun digər müavini Sarvan Cəfərovdur. Sarvan Cəfərov ixtisasca politoloqdur. O, Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə təhsili alıb. 41 yaşlı Sarvan Cəfərov Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli Sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Fotoda: Sarvan Cəfərov
Kənd təsərrüfatı nazirinin digər müavini isə Elçin Zeynalovdur. O da qeyri-ixtisas sahibidir, mühəndisdir. Elçin Zeynalov Azərbaycan Dövlət Neft Akademiyasının İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasında elmi işçi olub. Fəlsəfə doktorudur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. Fotoda: Elçin Zeynalov
Qeyd edək ki, nazir Məcnun Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr təhsili alıb. O, 14 aprel 2023-cü ildən kənd təsərrüfatı naziri vəzifəsində çalışır. Nazim Hüseynzadə / Metbuat.az