AZ

Ən uğurlu regional təhsil idarələri müəyyənləşdi

AzEdu.az Təhsil Portalı tərəfindən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən regional təhsil idarələri ilə bağlı keçirilən “Ən uğurlu regional təhsil idarəsi” adlı sorğu yekunlaşıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sorğunun əsas məqsədi ötən il ərzində təhsil sahəsində həyata keçirilmiş fəaliyyətlərə ictimai münasibəti öyrənmək, regional təhsil idarələrinin fəaliyyətinə cəmiyyətin baxışını əks etdirmək olub.

Şagirdlər, müəllimlər, valideynlər və digər təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən sorğuda respondentlər şəxsi müşahidə və təəssüratlarına əsaslanaraq seçim ediblər. Sorğu müddətində on minlərlə iştirakçının səsi qeydə alınıb.

Nəticələrə əsasən, ən çox səs toplayan 3 Regional Təhsil İdarəsi qalib elan edilib. Dağlıq Şirvan Regional Təhsil İdarəsi 28.2 % səslə birinci, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25.3 % səslə ikinci, Şəki-Zaqatala Regional Təhsil İdarəsi 17.3 % səslə üçüncü yerdə qərarlaşıb. Sıralama belə davam edir:

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi- 16.7 %

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi- 5.24 %

Şirvan-Salyan Regional Təhsil İdarəsi - 3.38 %

Lənkəran-Astara Regional Təhsil İdarəsi - 0.94 %

Qarabağ Regional Təhsil İdarəsi - 0.74 %

Abşeron-Xızı Regional Təhsil İdarəsi - 0.46 %

Qazax-Tovuz Regional Təhsil İdarəsi - 0.44 %

Mərkəzi Aran Regional Təhsil İdarəsi - 0.42 %

Mil-Muğan Regional Təhsil İdarəsi - 0.35 %

Quba-Xaçmaz Regional Təhsil İdarəsi - 0.31 %

Qeyd edək ki, sorğunun nəticələrində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin 0.31 % səslə sonuncu yerdə qərarlaşması təsadüfi hesab edilmir. Son dövrlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı ictimaiyyətdə narazılıqların artması, səsləndirilən iradlar sorğunun nəticələrində öz “əksini tapıb”.


Bizim.Media

Seçilən
24
3
bizim.media

4Mənbələr