AZ

Balkan ölkələrindən olan TIR sürücüləri Avropa İttifaqına aparan yolları bağlayıblar

Bakı. Trend:

Şengen səyahətləri ilə bağlı tətbiq olunan məhdudiyyətlərəetiraz olaraq Balkan bölgəsindən olan 4 ölkənin yük maşınısürücüləri Avropa İttifaqına yük daşımaları baxımından əhəmiyyətliolan 20-dən çox magistralı bağlayıblar.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Serbiya, Bosniya və Herseqovina, Monteneqro və ŞimaliMakedoniyada yük terminalları tamamilə dayanıb — sürücülərnəqliyyat vasitələrini sərhəd-keçid məntəqələrində saxlayaraqAvropa İttifaqını Türkiyə və Yaxın Şərqlə birləşdirən əsasnəqliyyat dəhlizi boyunca yükdaşımaları iflic ediblər. Blokadahəmçinin Monteneqronun Adriatik sahilində yerləşən Bar limanınınişinə də təsirsiz ötüşüməyib.

“Biz region daxilində şirkətlərimizin rəqabət qabiliyyətiniqorumaq, əməkdaşlarımız, ailələrimiz və ümumiyyətlə mövcudluğumuzuğrunda mübarizə aparırıq,” – deyə Monteneqronun BeynəlxalqYükdaşıyıcıları Assosiasiyasının direktoru Vesko Şljivançanin“Euronews” telekanalına bildirib.

Serbiya Ticarət Palatasının prezidenti Marko Çadej isə deyib ki,sərhəd keçidlərinin bağlanması və Qərbi Balkanlardan ixracındayanması nəticəsində birbaşa zərər gündə təxminən 100 milyon avrotəşkil edir.

O qeyd edib ki, təkcə Serbiyadan Aİ-yə ixrac edən təxminən 10min şirkət var və bu rəqəmlər “həqiqətən çox böyük hədlərə” çatabilər.

Məqalədə:
Seçilən
23
1
az.trend.az

2Mənbələr