AZ

Ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

2025-ci ilin yanvarın 1-nə qədər Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində 9 070 müqavilə bağlanılıb ki, bunun da 2 813-ü ötən ilin payına düşüb. Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilb.

Bu mexanizm Prezident İlham Əliyevin 25 yanvar 2019-cu il tarixli fərmanı əsasında, şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq olunur.

Ümumilikdə satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Fond vətəndaşlara 17 ünvanda mənzillər təqdim edib. Onlardan 8 ünvan Bakı şəhərində, 6 ünvan Abşeron rayonunda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3 ünvan isə Sumqayıt şəhərində yerləşir.

 

Seçilən
48
8
anews.az

10Mənbələr