Bakı metropoliteninin "28 May" stansiyasında pik saatlarda sərnişin sıxlığının qarşısını almaq məqsədilə tədbirlər görülüb.
Milli.Az xəbər verir, 35-ci qatarın xəttə buraxılması ilə stansiyada sərnişin sıxlığı daha operativ şəkildə tənzimlənir.
Məlumata görə, görülən tədbirlər nəticəsində stansiyanın hər iki giriş qapısı eyni vaxtda açıq saxlanılır, "X-ray" cihazları tam gücü ilə fəaliyyət göstərir, eskalatorlar paralel şəkildə işləyir və platformada normadan artıq yüklənmənin qarşısı alınır.
Qurumdan bildirilib ki, 35-ci qatar "Nərimanov" elektrik deposundan "28 May" stansiyasına qədər sərnişinsiz olaraq hərəkət edir. Sözügedən qatar metropolitendə ən sıx sərnişin axınının müşahidə olunduğu vaxtlarda ehtiyat qatar kimi xəttə buraxılır.
Mina Mikayılova
Milli.Az