AZ

Şimali Koreya Yapon dənizinə doğru iki ballistik raket atıb

Şimali Koreya növbəti dəfə raket sınaqları keçirərək Yapon dənizi istiqamətində iki ballistik raket atıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Yaponiya hökuməti bu addımı beynəlxalq normaların kobud şəkildə pozuntusu kimi qiymətləndirib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, raketlərdən biri təxminən 80 km yüksəkliyə qalxıb və təxminən 350 km məsafə qət edib. Raketlərin ölkənin eksklüziv iqtisadi zonasından kənara düşdüyü ehtimal olunur. Dağıntılar və ya zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Yaponiyanın Baş naziri Sanae Takaiti vəziyyətə nəzarətin gücləndirilməsini, dəniz və hava əlaqələrinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsini tapşırıb.

Vaşinqton vəziyyəti diqqətlə izlədiklərini və əməliyyatları müttəfiqlərlə koordinasiya etdiklərini təsdiqləyib. ABŞ-nin Cənubi Koreyadakı hərbi qüvvələrinin komandanlığı raket buraxılışının ABŞ və onun tərəfdaşları üçün prioritet təhlükə təşkil etmədiyini vurğulayaraq regionun müdafiəsinə sadiqliyini təsdiqləyib.

Seçilən
28
far.az

1Mənbələr