AZ

Qırğızıstan və Gürcüstan ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə razılaşıb

Qırğızıstan və Gürcüstan siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edərək, tərəfdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.

"Report" Qırğızıstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə Bişkekdə iki ölkənin XİN rəhbərləri arasında keçirilən Qırğızıstan-Gürcüstan siyasi məsləhətləşmələri zamanı müzakirə olunub.

Danışıqlarda Qırğızıstanı XİN başçısının müavini Meder Abakirov, Gürcüstanı isə xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili təmsil edib.

Məsləhətləşmələr zamanı tərəflər siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər. Münasibətlərin inkişafında müsbət dinamikanın olduğu qeyd edilib və tərəfdaşlığın dərinləşdirilməsini davam etdirməyə hazır olduqları ifadə edilib.

Seçilən
1
far.az

1Mənbələr