Xəbər verdiyimiz kimi, tanınmış uşaq cərrahı Məhyəddin Aydəmirov dünyasını dəyişib.
Ucnoqta.az xəbər verir ki, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.///unikal