Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus həmişə müstəqil və suveren olacaq.
Publika.az xəbər verir ki, Lukaşenko, həmçinin qeyd edib ki, Minsklə Pekin arasındakı münasibətlər respublika mövcud olduğu müddətcə davam edəcək.
Respublika başçısı qeyd edib ki, Çin geosiyasi dəyişikliklər qarşısında Belarus üçün vacib dayaq nöqtəsi olaraq qalır.
O əlavə edib ki, Minsk Pekinlə münasibətlərə yenidən baxmağı düşünmür.