AZ

The Times: “Rusiya bir neçə ildən sonra hücum edəcək”

AzVision.az xəbər verir ki, Almaniya Silahlı Qüvvələrinə Dəstək Komandanlığının rəhbəri general-leytenant Gerald Funke “The Times” nəşrinə müsahibəsində belə deyib.

Gerald Funkenin fikrincə, Rusiyanın NATO-ya mümkün hücumunun ən pis ssenarisində əsas problemlərdən biri logistika olacaq.

Xüsusilə, Rusiyanın təxribatı, kiberhücumları və hətta raket hücumları nəticəsində əsas avtomobil və dəmir yolu xətlərinin zədələnə biləcəyi şəraitdə on minlərlə müttəfiq əsgərin cəbhə bölgələrinə daşınması lazım gələcək.

“Almaniyanı logistika mərkəzi kimi saxlamaq və təchizat xətlərini mümkün qədər uzun müddət ərzində rəvan idarə etmək bizim üçün vacibdir. Bu isə o deməkdir ki, bir marşrut uğursuz olarsa, digərlərindən istifadə edə biləcəyik”,- almaniyalı general vurğulayıb.

Bu arada “Financial Times” qəzetində Ukraynadakı müharibə ilə əlaqədar Rusiyanın Arktikada hərbi gücünün azalmasından bəhs edən məqalə dərc olunub. Nəşrin iddiasına görə, Rusiyanın Arktikadakı briqadaları yenidən Ukraynaya yerləşdirilib və böyük itkilər veriblər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
10
1
azvision.az

2Mənbələr