AZ

300 min iş yeri, 0 vergi... Kremlin göndərdiyi erməni milyarder nə vəd edir?

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Son zamanlar Nikol Paşinyanın əsas siyasi rəqiblərindən birinə çevrilən Rusiyanın emissarı, milyarder Samvel Karapetyan erməni seçicilərə yeni vədlər verməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, erməni mediasının yazdığına görə, hazırda Ermənistanda ev dustaqlığında olan Karapetyan qarşıdan gələn seçkilərlə bağlı Ermənistan vətəndaşlarına müraciət edib.

Karapetyan iddia edib ki, milyonlarla erməni ona qoşulacaq və “ölkə bir nəfərin oyuncağı olmaqdan çıxdıqdan sonra onu gözləyən yüksəlişi anlayacaq”.

"Son aylarda iki mühüm inkişaf baş verdi ki, bu gün müzakirə etmək istəyirəm.

Birincisi, kiçik qrup(Paşinyan hökuməti nəzərdə tutulur-red.) açıq şəkildə uğursuzluğa düçar olmağa başlayıb…

İkincisi, son ayların hadisələri həm ölkə daxilində, həm də xaricində hər kəsə göstərdi ki, bu kiçik qrup hakimiyyəti qorumağa çalışacaq…”

Karapetyan bu il keçiriləcək parlament seçkilərilə bağlı vədlər verib:

"Bu həftə iqtisadi proqramımın ilk beş addımını təqdim etdik:

- Xüsusilə regionlarda 300.000 iş yerinin yaradılması;

- kiçik müəssisələr üçün sıfır vergi;

- dərmanların qiymətlərində 20% azalma;

- kəndlərdə kənd təsərrüfatı məhsullarının zəmanətli alınması;

- dövlət dəstəyi ilə 20.000 əlverişli mənzil.

Mən buna zəmanət verirəm… Birlikdə biz bu rüsvayçılıq rejimindən tez bir zamanda çıxacaq və rifaha nail olacağıq”.

Xatırladaq ki, əsas biznesi Rusiyada olan Karapetyan uzun illər Ermənistandakı revanşist, qatı millətçi və rusiyapərəst qüvvələri, eləcə də Erməni Kilsəsini dəstəkləməklə məşğul olub. İndi isə Paşinyana qarşı şəxsən “döyüşmək” məcburiyyətində qalıb.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
azpolitika.info

1Mənbələr