AZ

İsrail–Türkiyə gərginliyində Azərbaycan vasitəçi olur?

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlanıb, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.

Gideon Saar daha sonra Bakıya səfəri ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəni təsiredici nailiyyətlərə aparan uzaqgörən liderdir.

“Bakıda çox gözəl bir görüşümüz oldu və mən Prezidentə Azərbaycandakı yəhudi icmasına göstərdiyi dostluq və dəstəyə görə təşəkkür etdim.

Mən Bakıya müxtəlif sahələri təmsil edən İsrail şirkətləri və iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəlmişəm. Bizim ümumi məqsədimiz enerji, müdafiə, su təsərrüfatı, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməkdir. Biz strateji münasibətlərimizi möhkəmləndiririk!” – deyə G.Saar qeyd edib.

Məhəmməd Əsədullazadə

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir:

“Xüsusilə, İsrail -Türkiyə arasında davam edən siyasi böhranın həlli istiqamətində Azərbaycanın yenidən vasitəçiliyinə ehtiyac duyur. Ümumi götürdükdə onsuzda İsrail-Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Tərəflər arasında müxtəlif sahələrdə kənd təsərrüfatı, təhlükəsizlik və turizm sahəsində də əməkdaşlıq yeni müstəvidə davam edəcək.

İsrail Azərbaycanın əməkdaşlıq etdiyi üç ölkə ilə kəskin münasibətlərə malikdir. Türkiyə, Suriya və İranla. Suriya və İsrail arasında, həmçinin Türkiyə ilə vasitəçilik hayata keçirilib. Görünür, regionda dəyişən geosiyasi proseslər fonunda yenidən bu vasitəçiliyə ehtiyac duyulur”.

Atilla Rzasoy

Seçilən
64
nocomment.az

1Mənbələr