ABŞ Rusiya-Ukrayna danışıqları nəticə verməsə, mayın 15-də prosesi tərk edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Radasının deputatı Aleksey Qonçarenko bildirib.
"Əgər razılığa gəlməsək, onlar danışıqlar prosesindən çəkiləcək və bu məsələdən tamamilə imtina edəcəklər", - deyə deputat yazıb.
Onun sözlərinə görə, bunun əsas səbəbi 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralıq seçkiləridir.
Tramp administrasiyasının bu seçkilərə həll olunmamış münaqişə ilə yaxınlaşması, Respublikaçıların Demokratlar üçün hədəfə çevrilə biləcəyi ilə bağlıdır.