AZ

Azərbaycan Bolqarıstana neft ixracını artırdı

Ötən il Azərbaycan Bolqarıstana 169 min 525,7 ton xam neft ixrac edib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu miqdarda məhsulun dəyəri 92 milyon 288,51 min ABŞ dolları təşkil edib.İxrac olunmuş məhsulun miqdarı 2024-cü illə müqayisədə 2,1 dəfə, dəyəri isə 2 dəfəçoxdur.Bolqarıstana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 0,72 % olub.Qeyd edək ki, 2025-ci ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycandəyəri 12 milyard 091 milyon 147,47 min ABŞ dolları olan 23 milyon 381 min 284,82 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Seçilən
89
28
metbuat.az

10Mənbələr