Bakı. Trend:
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsininəməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanınarkotiklərin paytaxt ərazisində satışını həyata keçirməkdə şübhəlibilinən əvvəllər məhkum olunmuş Əliş Əliyev, Daşqın Rzayev,Miryusif Abbasov, Yusif Rəhimov, Mahmud Nəzərov və Ülviyyə Aslanovatutulublar.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilir ki, onlardan 21 kq marixuana, heroin, metamfetamin və246 ədəd psixotrop tərkibli həb aşkarlanıb.
Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisindənarkotiklərin əlbəəl satışı və qanunsuz dövriyyəsini təşkiletdikləri müəyyən edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb və onların hər biribarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsizdavam etdirilir.