AZ

Aİ və Hindistan bütün zamanların ən böyük ticarət razılaşmasını imzaladılar

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Avropa Birliyi və Hindistan təxminən 20 illik danışıqlardan sonra sərbəst ticarət razılaşması barədə sövdələşiblər.

Oxu.Az xəbər verir ki, məlumatı "The Times of India" qəzeti yayıb.

Məlumata görə, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin rəhbərlik etdiyi Aİ nümayəndə heyəti Yeni Delhiyə gəlib və ikitərəfli sammit çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

"Biz iki milyard insan üçün sərbəst ticarət zonası yaratdıq və hər iki tərəf bundan faydalanacaq", - Ursula fon der Lyayen qeyd edib.

O, müqaviləni "bütün zamanların ən böyük ticarət razılaşması" adlandırıb, N.Modi də eyni fikri təkrarlayıb.

Razılaşmaya əsasən, Hindistan Avropa meyvə şirələrinə, emal olunmuş qidalara, zeytun yağına, marqarinə və digər bitki yağlarına tarifləri ləğv edəcək və öz geniş bazarını Aİ kənd təsərrüfatı ixracına açacaq. Bundan əlavə, hazırda 150%-ə qədər olan Avropa spirtli içkilərinə tətbiq edilən rüsumlar 40%-ə endiriləcək. Ümumilikdə, Hindistana Avropa Birliyindən ixrac edilən malların 96.6%-nə tarif güzəşti tətbiq ediləcək.

Aİ ətraf mühitin mühafizəsi çərçivəsində Hindistana 500 milyon avro yardım edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
oxu.az

1Mənbələr