AZ

Komitə sədri dini ibadət yerlərinin fəaliyyəti ilə tanış oldu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yanvarın 26-da Qobustan şəhərində yerləşən “Cümə” və “Heydər” məscidlərini, həmçinin “Diri Baba” türbəsini ziyarət edib.Metbuat.az xəbər verir ki, dini ibadət yerlərində yaradılmış şəraitlə tanış olan Ramin Məmmədov din xadimləri ilə görüşlər zamanı ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu, bu sahədə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, milli-mənəvi dəyərlərin qorunması, tolerantlıq və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsinin cəmiyyətin sabit inkişafında mühüm rol oynadığını qeyd edib.Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası istiqamətindəki mühüm layihələr barədə danışan Komitə sədri bu təşəbbüslərin çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə multikulturalizm ənənələrinin möhkəmlənməsinə böyük töhfələr verdiyini deyib.Dini müxtəlifliyin düzgün təbliğinin cəmiyyətdə ayrı-seçkilik və qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınmasında vacib amil olduğunu bildirən Ramin Məmmədov maarifləndirici layihələr, o cümlədən dini qurumlarla əməkdaşlığın gücləndirilməsinin zəruriliyinə toxunub. Vurğulayıb ki, din xadimləri insanların mənəvi tərbiyəsində və milli-mənəvi dəyərlərin aşılanmasında xüsusi məsuliyyət daşıyırlar. İbadət evlərinə müntəzəm səfərlərin əsas məqsədi onların fəaliyyəti ilə yerində tanış olmaq, həmçinin qarşıda duran prioritetlər barədə fikir mübadiləsi aparmaqdır.

Din xadimləri Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətinin cəmiyyətin bütün təbəqələri, o cümlədən dini icmalar tərəfindən dəstəkləndiyini, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə həyata keçirilən tədbirlərdə bundan sonra da fəal iştirak etməyə hazır olduqlarını diqqətə çatdırıblar.

Seçilən
0
3
metbuat.az

4Mənbələr