İngiltərənin "Nottinqem Forest" klubu "Kristal Pelas"ın futbolçusu Jan-Filipp Mateta üçün 40 milyon avro təklif edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
"Kristal Pelas" 28 yaşlı hücumçu üçün 47 milyon avro tələb edir. İtaliya təmsilçisi "Yuventus" və "Aston Villa" da forvardla maraqlanır.
Qeyd edək ki, Fransa millisinin üzvü cari mövsüm 34 matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqa klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.
"Cebheinfo.az"