AZ

Fatimə Hacıbəylidən Səidə Bekirqızına sərt sözlər: Gündəmdə qalmaq üçün Rəqsanəni hədəf seçmək…

Aparıcı Səidə Bəkirqızının müğənni Rəqsanə İsmayılova ilə bağlı səsləndirdiyi fikirlər yeni müzakirələrə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, “Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi” nin rəhbəri Fatimə Hacıbəyli məsələyə sərt reaksiya verib.

Fatimə Hacıbəyli bildirib ki, Səidə Bəkirqızının “namus”, “qeyrət” kimi ifadələrlə diqqət çəkməyə çalışması peşəkarlıqdan uzaqdır:

“Ay Səidə xanım, nə baş verdi? Elə danışırsınız ki, guya dünyada namuslu, qeyrətli tək adam sizsiniz. Qalan bütün jurnalistlər namusunu çölə atıb?”

O, Səidə Bəkirqızının Rəqsanəyə ünvanladığı fikirlərin əvvəlcədən planlı şəkildə gündəm yaratmaq məqsədi daşıdığını vurğulayıb:

“Siz çox yaxşı bilirdiniz ki, bu sözləri Rəqsanəyə deyəndə o cavabsız qoymayacaq. Taxta qapını döydünüz, nəticəsini də aldınız”.

Fatimə Hacıbəyli həmçinin aparıcının başqa sənətçilərin eyni üslubda geyimlərinə toxunmamasına diqqət çəkib:

 “Tünzalə Ağayevanın geyimlərindən niyə danışmadınız? Çünki ora ‘təhlükəli zona’dır. Amma Rəqsanənin hazırda çətinlikləri var, məhkəmə prosesindədir — zəif yerə vurmaq asandır”.

O bildirib ki, jurnalistin əsas işi cəmiyyət üçün vacib mövzulara toxunmaqdır, intriqalarla gündəmi zəbt etmək yox:

“Bu qədər hay-küy salmaq jurnalist etikasına sığmır. Jurnalist şou-biznes intriqası ilə deyil, ölkənin real problemləri ilə məşğul olmalıdır.”

Fatimə Hacıbəyli həmçinin qeyd edib ki, Rəqsanə ilə şəxsi tanışlığı yoxdur və mövqeyi tamamilə insani yanaşmadan irəli gəlir:

“Çətin vəziyyətdə olan bir qadını hədəfə almaq nə peşəkarlıqdır, nə də insaf. Gözəl xanımsınız, yaxşı olar ki, gündəmi gözəl işlərinizlə zəbt edəsiniz.”

Seçilən
61
nocomment.az

1Mənbələr