Alman avtomobil istehsalçısı “Volkswagen” batareyaların alışma riski səbəbindən 44 551 elektromobili geri çağırmaq kampaniyasına başlayıb. Bu barədə yanvarın 27-də “Reuters” agentliyi ABŞ-ıтшт Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
Qurumun açıqlamasına görə, “Volkswagen” dilerləri geri çağrılmaya düşən bütün elektromobillərdə proqram təminatını pulsuz yeniləyəcək və ya diaqnostika apararaq batareyaları dəyişdirəcəklər.
Bundan əvvəl, yanvarın 6-da “Volkswagen” ABŞ-də arxa görüntü kamerasındakı nasazlıq səbəbindən 356 mindən çox avtomobili geri çağırmışdı.