AZ

Deputat: “Hava soyuqdur, qaz və işığın kəsilməsi insanlarımızın narazılığına səbəb olur”

“Bir sıra ərazilərdə qaz yoxdur. Bununla bağlı “Azəriqaz” əvvəlcədən məlumat verib. Ola bilər, qəza olub, bütün hallarda “Azəriqaz” və onun yerli strukturları yay vaxtından işlərini elə qurmalıdırlar ki, qışda problem olmasın. Problem uzun illərdir, davam edir. Təbii ki, bu da insanlarımızın narazılığına səbəb olur. Hər halda qurumlar işlərini planlı aparmalıdırlar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.

 

“İstər “Azəriqaz”, istərsə də “Azərsu”, “Azərişıq” olsun, kommunal sahəyə baxan xüsusi xidmət orqanları, eyni zamanda müəyyən struktur qurumlar işlərini daha yaxşı görməlidirlər. Hazırda hava soyuqdur. Buna görə də qaz və işığın kəsilməsi insanlarımızın narazılığına səbəb olur. Düşünürəm, müvafiq qurumlar narazılıqlardan və bizim bu tənqidi çıxışımızdan bir nəticə çıxaracaqlar”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 27 Yanvar 2026, 16:36   
Seçilən
20
pravda.az

1Mənbələr