
Bakıda avtobusda infarkt nəticəsində ölüm baş verib.
AFN.az xəbər verir ki, hadisə yanvarın 26-da Yasamal rayonunda, 53 saylı xətt avtobusunda qeydə alınıb. Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Məhəddin Aydəmirov infarktdan vəfat edib.
Qeyd olunub ki, Məhəddin Aydəmirov uzun müddət Sumqayıt Uşaq Xəstəxanası-nda uşaq cərrahı kimi fəaliyyət göstərib. O, 1957-ci ildə Quba rayonunda anadan olub və ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov-un qardaşıdır.