AZ

Film və serial çəkilişi zamanı həyatını itirən məşhurlar - SİYAHI

Bəzən film və serialların rəngarəng üzü kamera arxasında yaşanan faciələri gizlətməyi bacarır. Təəssüf ki, həyatını itirən bəzi məşhur simalar da elə bu faciələrin bir hissəsi olurlar. Elə türkiyəli aktyor və aktrisalar varki, onlar çəkiliş zamanı, ya çəkilişdən dərhal sonra və ya çəkiliş hazırlıq prosesində həyatları ilə vidalaşıblar.

BAKU.WS film və serial çəkilişi zamanı həyatını itirən türkiyəli məşhurların adlarını təqdim edir:

Aktrisa Evin Esen

"Akasya durağı" serialının çəkilişi zamanı beyninə qan sızaraq halı pisləşib. Ona ilkin müdaxilələr edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Aktyor Kemal Sunal

O "Balalayka" filminin çəkilişləri üçün Trabzon şəhərinə getməli olub. Bu zaman təyyarəyə minən aktyor həyatını itirib. Kemal Sunal orada infarkt keçirərək vəfat edib.

Aktyor Akil Öztuna

O da film çəkilişi zamanı həyatını itirən məşhurlardandır. Aktyor "Tosun paşa" filminin çəkilişi zamanı dəvədən yıxılaraq ölüb.

Aktyor Haldun Boysan

O "Maria ve Mustafa" filminin çəkilişi üçün getdiyi Nevşehirdə vəfat edib. Aktyor orada infarkt keçirib.

Aktyor Bilal İnci

O serial çəkilişi üçün qaldığı bir oteldə infarkt keçirərək vəfat edib.

Seçilən
0
2
far.az

3Mənbələr