AZ

“Ukrayna ilə sülh danışıqları barədə nəticə çıxarmaq hələ tezdir” – Dmitri Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə sülh danışıqları ilə bağlı hər hansı, hətta ilkin nəticələr çıxarmaq üçün hələ tezdir.

Vətəninfo.az  xəbər verir ki, Peskovun sözlərinə görə, proses yalnız başlanğıc mərhələsindədir və hazırda danışıqlar ekspertlər səviyyəsində aparılır.

“Bu, sadəcə işin başlanğıcıdır. Biz ekspertlər səviyyəsində aparılan fəaliyyətdən danışırıq və bu proses davam edəcək. Bu işin müxtəlif aspektlərini fraqmentar və açıq şəkildə müzakirə etmək məqsədəuyğun deyil”, – deyə Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında danışıqların yeni raundu ötən həftə Birləşmiş Ərəb Əmirliklərində keçirilib.

Görüşdən sonra Moskva və Kiyev dialoqu davam etdirməyə hazır olduqlarını bəyan ediblər. ABŞ rəsmisinin bildirdiyinə görə, danışıqlar növbəti həftə Əbu-Dabidə davam etdiriləcək.

Seçilən
65
veteninfo.az

1Mənbələr