4 fevral 2026-cı il Azərbaycan musiqi və hərbi orkestr xidməti və musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi Azərbaycan Dövlət Uşaq Filarmoniyasında qeyd olunacaq.
Yubiley tədbiri çərçivəsində Hərbi Hava Qüvvələrinin Orkestri solo proqramla çıxış edəcək. Proqram Yusif Axundzadənin zəngin yaradıcılıq yolunu, hərbi orkestrların inkişafındakı xidmətlərini və milli musiqi irsimizə verdiyi töhfələri əks etdirir.
Konsertdə hərbi orkestr sənətinin yüksək peşəkarlığı, ifa mədəniyyəti və vətənpərvərlik ruhu ön plana çəkiləcək. Tədbirin məqsədi Y.Axundzadənin Azərbaycan hərbi musiqi xidmətinin formalaşması və beynəlxalq səviyyədə tanınmasında mühüm rolunu vurğulamaqdan ibarətdir.
Yaradıcılıq gecəsi çərçivəsində orkestrin ifasında Azərbaycan və dünya bəstəkarlarının seçmə əsərləri təqdim olunacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az