AZ

BƏƏ-dən İranla bağlı bəyanat - ABŞ-a xəbərdarlıq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi İranla bağlı bəyanat yayıb.

Publika.az xəbər verir ki, bəyanatda ABŞ-ın planlaşdırğı İrana mümkün hücumların BƏƏ ərazisindən həyata keçirilməsinə icazə verilməyəcəyi bildirilib.

"BƏƏ öz hava məkanının, ərazisinin və ya sularının İrana qarşı hər hansı hərbi əməliyyatda istifadəsinə icazə verməmək öhdəliyini bir daha təsdiqləyir. Dialoq, gərginliyin azaldılması, beynəlxalq hüquqa riayət və dövlət suverenliyinə hörmət mövcud böhranları həll etməyin ən yaxşı yollarıdır", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, ABŞ uzun müddətdir davam edən təhdidlərinə uyğun olaraq İran ətrafında qüvvələr toplayır. Ən son isə ABŞ-ın "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisi bölgəyə yerləşdirilib.

Seçilən
7
2
publika.az

3Mənbələr