Xəbər verdiyimiz kimi, Seymur Səfərli Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavini təyin olunub.
Bizim.Media xəbər verir ki, Seymur Ağamməd oğlu Səfərlinin dosyesini təqdim edir:
Seymur Səfərli bakalavr və magistr təhsilini Azərbaycan İnşaat Mühəndisləri Universitetində meliorasiya mühəndis sistemlərinin tikintisi ixtisası üzrə almışdır. O, 2007-ci ildən aqrar elmlər üzrə fəlsəfə doktorudur.
O, uzun illər kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik, suvarma və meliorasiya istiqamətləri üzrə fəaliyyət göstərmişdir. Əmək fəaliyyəti dövründə dövlət qurumlarında və aqrar sahədə müxtəlif rəhbər vəzifələrdə çalışmış, o cümlədən “Azərşəkər” MMC-də kənd təsərrüfatı üzrə rəhbər, kənd təsərrüfatı üzrə direktor və əməliyyatlar departamentinin rəhbəri vəzifələrini icra etmişdir. Bu təyinata qədər Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
İngilis və rus dillərini bilir. Ailəlidir, iki övladı var.
Onu da qeyd edək ki, Seymur Səfərlinin qardaşı Gündüz Səfərli Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantıdır. Gündüz Səfərli aprel döyüşlərində və 44 günlük müharibədə iştirak edib.
Döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta