Türkiyənin "Kasımpaşa" futbol klubu müdafiəçisi Attila Salai ilə yollarını ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, klub Macarıstan millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, A.Salai mövsümün əvvəlində Almaniyanın "Hoffenhaym" komandasından bir illik icarəyə götürülmüşdü.