AZ

ARDNF-in yapon yenasınakı aktivləri 18% artıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin sonunda Uzaq Şərqdəki ən iri iqtisadiyyatlarına yatırımları davam etdirib.

Çin yuanı aktivləri ilin əvvəlində 11,31 mlrd. yuan olmuş, ilin sonunda 11,45 mlrd. yuan-a yüksəlmişdir (təxminən 1,2% artım).

Yapon yena aktivləri isə daha sürətli artaraq 127,95 mlrd. yenadan 150,94 mlrd. yena-ya çatmışdır (təxminən 18% artım).

Qeyd edək ki, Yapnoiyadakı əsas aktivlərdən biri Kirarito Ginzadır. Daşınmaz əmlak – ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir.

Binanın ümumi sahəsi 15 min 647 kvadrat metr təşkil edir və 40-dan yuxarı şirkət tərəfindən icarəyə götürülüb. Binanın bazar dəyəri 2024-cü ilin sonunda 56,15 milyard yapon yeni və ya 374,77 milyon ABŞ dolları təşkil edirdi.

Seçilən
34
banker.az

1Mənbələr