AZ

"Süni intellekt səhvlərə yol açır" - Mütəxəssisdən XƏBƏRDARLIQ

Son zamanlar ən çox müzakirə edilən mövzu süni intellektin iş sahələrinə təsiri və istifadə olunmasıdır. 

Ümumiyyətlə, süni intellekdən ən yaxşı hansı formalarda istifadə etmək olar? Bəs jurnalistika sahəsi üçün süni intellekt əhəmiyyət kəsb edirmi?

İnformasiya texnologiyaları üzrə ekspert Natiq Məmişov Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda süni intellektə insanı əvəz etmək üçün yox, insanı gücləndirmək üçün baxılır:

"Burada bir neçə başlığı demək olar: qərar keyfiyyətini artırmaq, məhsuldarlığı artırmaq və s. Məhsuldarlıq nədir? Mətni yenidən düzəldə, xülasəsini çıxara, struktura sala və tərcümə edə bilər. Süni intellekt müştəri xidmətləri də göstərə bilər: sənəd emalı, suallara cavab vermək, yönləndirmək və s".

Müsahibimiz jurnalistika sahəsində də süni intellektin fəliyyətindən danışdı:

"Məlumatın toplanması və monitorinqinin aparılması, araşdırma və sənəd analizi edə, yazı prosesini sürətləndirə bilər. Amma burada risklər yaranır. Mənbə problemi var, qərəzli öyrənilmiş məlumatlar ola bilər. Siz hansısa tarixi faktı araşdıra bilərsiniz, amma süni intellekt onu uydura bilər. Müəyyən hissələrdə ehtiyatlı olmaq lazımdır. Məsələn, siz bir məqalə yazırsınız, hərf səhvləri var, onu düzəldər. Və yaxud da cümləni düzgün yazmazsınız, onu düzəldə bilər. Amma kopyalayıb yapışdıranda bütün mənbə eyni olacaq. Keçən dəfə tənliyin diskriminantını hesablayırdım, baxdım ki, mənim kağızda yazdığımdan ChatGPT-dən çıxan düz gəlmir. Sonra baxdım ki, ChatGPT bu şeyi səhv hesablayıb. Yəni belə problemlər yarana bilər. Ona görə də süni intellekti öz yerinə işlətmək kimi yox, köməkçi kimi düşünmək lazımdır".

Aytəkin TOFİQQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr