
“Real Madrid”in fransız hücumçusu Kilian Mbappe bu mövsüm Avropanın ən yaxşı beş liqasında yaradılan qol imkanlarının sayına görə liderdir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Squawka” portalı məlumat yayıb.
Məlumata görə, o, bu mövsüm ərzində oyunlarda 50 qol imkanı yaradıb.
Bu göstəriciyə görə, “Atalanta”nın belçikalı yarımmüdafiəçisi Şarl de Ketelare ikinci (44), “Bavariya”nın fransız yarımmüdafiəçisi Maykl Olise isə üçüncü (43) yerdədir.
“Barselona”nın ispaniyalı cinah oyunçusu Lamin Yamal və “Mançester Yunayted”in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandes isə 42 qol imkanı ilə dördüncü və beşinci yerləri bölüşdürürlər.