AZ

Bloomberg: İsraillilər ciddi psixoloji böhranla üzləşirlər

ain.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.

"Qəzza münaqişəsi nəticəsində minlərlə israilli travma sonrası stress pozuntusundan (TSSB) əziyyət çəkir və bu da ölkənin ən böyük ruhi sağlamlıq böhranını yaradır".Newscenter.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.Agentliyin hesablamalarına görə, İsraildəki mövcud vəziyyətin birbaşa və dolayı xərcləri növbəti beş il ərzində 160 milyard dollara çata bilər. Bunlara məhsuldarlığın azalması, xroniki xəstəliklərin artması və məişət zorakılığı daxildir. Araşdırmaya görə, 10 milyon əhalidən təxminən 625.000 israilli münaqişənin psixoloji nəticələrini yaşayıb və ya yaşayacaq.Bildirilir ki. hazırda İsrail Müdafiə Nazirliyinin reabilitasiya bölməsi ruhi pozuntuları və TSSB olan 32.000 əsgəri müalicə edir. Bunlardan 13 min nəfəri son iki ildə, döyüşlər zamanı xəstəxanaya yerləşdirilib. Nazirliyin hesablamalarına görə, 2028-ci ilə qədər ixtisaslaşmış müəssisələrdəki xəstələrin sayı 50 minə çata bilər.Nəşr həmçinin qeyd edir ki, İsrail və Fələstin HƏMAS hərəkatı arasında atəşkəs rejiminə əməl olunsa belə, münaqişədən psixoloji travma alanların sayı artacaq. Təl-Əviv Universitetinin eksperti Yair Bar-Haim agentliyə bildirib ki, mövcud təcrübəyə əsasən, bu problemin həlli 20-30 il çəkəcək.Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
newscenter.az

1Mənbələr