AZ

ABŞ-nin İran ZƏRBƏSİ – Azərbaycan TƏHLÜKƏDƏ

Bu həftə Vaşinqton administrasiyasının rəsmiləri ABŞ Prezidenti Donald Trampa İrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı yeni təkliflər təqdim edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, məlumatı “Axios” yayıb.

Portalın mənbələrinə görə, bu ayın əvvəlində Tramp ölkədəki etirazlara cavab olaraq İran ərazisinə “zərbələr endirməyə yaxın olub”:

“Bunun əvəzinə, o, qərarı təxirə salıb və eyni zamanda regiona hərbi qüvvələr yerləşdirib. Ağ Ev rəsmiləri bildirirlər ki, İranda etirazlar əsasən yatırılsa da, zərbə variantı hələ də nəzərdən keçirilir”.

Nəşrin mənbələri qeyd edib ki, Tramp hələ İrana zərbə endirmək ehtimalı ilə bağlı yekun qərar verməyib: “O, çox güman ki, bu həftə əlavə məsləhətləşmələr aparacaq və ona hərbi güc tətbiqi üçün əlavə variantlar təqdim olunacaq”.

ABŞ-nin İrana mümkün zərbəsi fonunda Azərbaycan hansı qabaqlayıcı tədbirləri görməlidir? Aydındır ki, belə bir zərbələr olacağı təqdirdə böyük insan köçü olacaq sərhəd ölkələrə. Azərbaycanın bu məsələdə atacağı addımlar nə olmalıdır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Samir Əsədli bildirib ki, Amerika-İran müharibəsi zamanı qonşu ölkə humanitar böhranla üzləşəcək və bu böhrana biz seyrçi qala bilməyəcəyik:

“Azərbaycan müharibənin və İrana qarşı raket zərbələrinin əleyhinə olsa da, Bakı ABŞ və İsraillə münasibətləri nəzərə alaraq siyasi baxımdan mümkün toqquşmada neytrallığını qoruyacaq.

Əsas odur ki, müharibənin qəlpələri Azərbaycana keçməsin, yəni müharibədə iştirak edən dövlətlər bir-birinə qarşı mübarizədə Azərbaycan ərazisindən istifadə etməsinlər. Ancaq bizim istəyimizdən asılı olmayaraq müharibə iştirakçılarından hansınınsa gizli şəkildə rəqibinə qarşı Azərbaycan ərazisindən istifadəsindən sığortalanmamışıq. Bir tərəfdə güneylilərin təhlükəsizliyi, digər tərəfdə qaçqın axının yarada biləcəyi humanitar problemlər Bakını dilemma ilə üz-üzə qoya bilər. Həm soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, həm də humanitar problemin minimal həddə saxlanılmasının iki mümkün yolu görünür”.

Əsədlinin sözlərinə görə, genişmiqyaslı müharibə olacağı təqdirdə sərhəddə “bufer zona”nın yaradılması və soydaşlarımızın qarşılaşa biləcəyi humanitar problemlərinin həllinə yardım etməkdir:

“Digər ehtimal isə ABŞ və İsraili Güney Azərbaycan şəhərlərini hədəfə almamasına, xüsusilə mülki əhaliyə təhlükə yaradacaq addımların atılmamasına razı salmaqdan ibarətdir. 12 günlük müharibədə Bakının soydaşlarımızın təhlükəsizliyi ilə bağlı Təl-Əvivdən xahiş etdiyi haqda məlumatlar vardı. Zənnimcə, soydaşlarımızın təhlükəsizliyinin maksimum təmin edilməsi şərtilə güneyi tərk etməməsi mümkün müharibədən sonra İranın ehtimal olunan gələcəyində yer almaları və öz maraqlarını təmin etməsi baxımından da əhəmiyyətlidir”.

Tunar

Seçilən
39
nocomment.az

1Mənbələr