AZ

Yeddiqat İtaliya çempionu İsveçrə klubunun baş məşqçisi oldu


İsveçrə millisinin keçmiş müdafiəçisi Stefan Lixtştayner İsveçrənin “Bazel” klubunun baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 42 yaşlı mütəxəssis 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Stefan Lixtştayner 2022-ci ildən 2024-cü ilə qədər “Bazel”in gənclər komandalarında məşqçilik edib. O, daha sonra “Vettsvil-Bonştetten” klubuna rəhbərlik edib.
Oyunçu kimi Lixtştayner karyerası ərzində “Latsio”, “Arsenal”, “Yuventus” kimi klubların formasını geyinib. O, “Yuventus”un heyətində yeddi dəfə İtaliya çempionu olub.
Qeyd edək ki, “Bazel” İsveçrə çempionatının 21 turundan sonra dördüncü yerdədir. O, lider “Tun”dan 10 xal geridə qalır.
Seçilən
24
yeniavaz.com

1Mənbələr