Hakimiyyet.az-ın etibarlı mənbədən əldə etdiyi məlumat.
Xətai Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevin müvafiq əmri ilə başçının müavini Etibar Əhmədov vəzifəsindən azad edilib.
Məlumata görə, qərar daxili idarəetmə çərçivəsində qəbul olunub. Hazırda Etibar Əhmədovun vəzifədən azad edilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib.Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətində yaxın vaxtlarda yeni təyinatın olub-olmayacağı hələlik məlum deyil.
İnkişaf edən məlumatları təqdim edəcəyik.