AZ

Gürcüstanda arvadını öldürməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb

Gürcüstanın Dmanisi bələdiyyəsinin Zemo Karabulakhi (Yuxarı Qarabulaq) kəndində (azərbaycanlıların kompakt yaşadığı kənd - red.) ailədaxili qətl hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, ər arvadını qətlə yetirməkdə ittiham olunur.

Hadisə bu gün qeydə alınıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən şəxsi saxlayıblar.

İlkin məlumatlara əsasən, hadisədən əvvəl tərəflər arasında münaqişə yaranıb. Qadının soyuq silahla öldürüldüyü bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 11-ci maddəsi üzrə istintaq başlanıb. Həmin maddə ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur.

İstintaq tədbirləri davam etdirilir.

Seçilən
4
3
far.az

4Mənbələr