AZ

“Bolt”dan ünvan və gözləmə vaxtı ilə bağlı

“Bolt” sürücülərinin sözlərinə görə, artıq müştəri ünvanı dəyişdikdə bu dəyişiklik sürücü tərəfindən də təsdiqlənməlidir. Bundan əlavə, bəzi məkanlarda pulsuz gözləmə vaxtı tətbiq edilmir. Məsələ ilə bağlı “Bolt”a sorğu ünvanladıq.Şirkətdən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tətbiq vasitəsilə sərnişinlərin səfər zamanı ünvanı dəyişmək hüququ tam şəkildə qorunur, ünvan dəyişdirildikdə sürücü ilə bunu təsdiqləmək tövsiyə olunur: “Çünki bəzi hallarda yeni ünvan məsafə, yerləşmə və marşrut baxımından əvvəlkindən fərqli ola bilər və sürücünün iş vaxtını və növbəti planlarını buna uyğun tənzimləməsi vacibdir”. “Gözləmə vaxtı məsələsinə gəldikdə isə, parklanma və dayanma imkanları konkret əraziyə və yol şəraitinə bağlıdır və bu, Bolt platformasının birbaşa nəzarətində olan məsələ deyil. Sürücülər yol hərəkəti qaydalarına və yerli tənzimləmələrə uyğun hərəkət etməlidirlər”, - deyə açıqlamada qeyd olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
1
1
metbuat.az

2Mənbələr