AZ

Nəqliyyat-logistika sektorundan istiqraz buraxmağa hazırlaşan şirkətlər var - BFB (ÖZƏL)

Bakı. Trend:

Nəqliyyat-logistika sektorundan istiqraz emissiyası buraxmaqniyyətində olan daha 1-2 şirkət də var.

Bunu Trend-əmüsahibəsində Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədriRuslan Xəlilov deyib.

Sədrin sözlərinə görə, artıq dövlət müəssisələrinin istiqrazemissiyaları ilə bazara çıxmalarının zamanı gəlib: "Bakı FondBirjasının Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “2024-2026-cıillər üzrə Strateji İnkişaf planı”nında əsas stratejitəşəbbüslərdən biri dövlət müəssisələrinin istiqrazlara təşviqedilərək cəlb olunmasıdır. Biz aktiv şəkildə dövlət müəssisələriilə danışıqlar aparırıq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilədə bundan əvvəl bir neçə dəfə görüşmüşdük və hətta ADY üçün yerlikapital bazarı imkanları haqqında qısa bir məlumat xarakterlitəqdimat da hazırlamışdıq. Çox sevinirəm ki, “Azərbaycan DəmirYolları” QSC (ADY) istiqrazların emissiyasına başladı".

"Bizdə olan məlumata görə, nəqliyyat-logistika sektorundanistiqraz emissiyası buraxmaq niyyətində olan daha 1-2 şirkət dəvar. Biz bu şirkətlərin hamısı ilə danışıqlar aparırıq. Bəzişirkətlərə hətta lazım olan əlavə məlumatları da hazırlayıbgöndəririk ki, onların qərarverməyinə daha çox yardım olsun. Yənibir neçə həm dövlət, həm də qeyri-dövlət şirkətləri var ki, onlaristiqraz emissiyasına kifayət qədər maraqlıdırlar”, - deyə R.Xəlilov qeyd edib.

Seçilən
66
1
az.trend.az

2Mənbələr