AZ

Nigeriya son beş gündə ikinci dəfə elektriksiz qalıb

Beş gündə ikinci dəfə milli elektrik şəbəkəsinin dağılması səbəbindən bütün Nigeriya qaranlığa qərq olub.

Ucnoqta.az The Guardian-a istinadən xəbər verir ki, paytaxt Abuja da daxil olmaqla Federal Paytaxt Ərazisi elektriksiz qalıb.

Afrikanın ən çox əhalisi olan ölkəsində elektrik şəbəkəsinə nəzarət etmək üçün hökumət tərəfindən səlahiyyət verilmiş Nigeriya Müstəqil Sistem Operatorunun məlumatına görə, elektrik enerjisi istehsalı 4000 MVt-dan 219 MVt-a düşüb. Sənaye zavodları, korporativ ofislər və evlər generatorlara və günəş panellərinə keçmək məcburiyyətində qalıb.

Nigeriya sonuncu dəfə oxşar bir çöküşlə 23 yanvarda qarşılaşıb.

Seçilən
30
ucnoqta.az

1Mənbələr