AZ

“Qarabağ”ın rəqibindən 4 futbolçunun transferini istədi - Xabi Alonso

Xabi Alonso mümkün baş məşqçi təyinatı ilə bağlı “Liverpul” rəhbərliyinə tələblərini çatdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Indykaila News” məlumat yayıb.

İspaniyalı mütəxəssis Mersisayd klubunda işə başlayacağı təqdirdə, heyətin ciddi şəkildə gücləndirilməsini gözlədiyini açıq şəkildə ifadə edib. Alonsonun transfer siyahısında dörd futbolçunun adı yer alıb: “

Tottenhem”in müdafiəçisi Mikki van de Ven, “Kristal Pelas”ın yarımmüdafiəçisi Adam Uorton, PSJ-nin hücumçusu Bredli Barkola, “Bayern”in vingeri Mikael Olise.

Daha əvvəl yayılan məlumatlara görə, “Liverpul” nümayəndələri Xabi Alonso ilə ilkin və müsbət təmaslar qurublar. Bildirilir ki, ispan mütəxəssis də İngiltərə klubuna keçid variantına isti yanaşır.

“Liverpul” sabah UEFA Çempionlar Liqasının 8-ci turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək.

Seçilən
14
sportinfo.az

1Mənbələr