AZ

Şəmkirdə qandonduran ailə faciəsi: "Atasının meyitini kanala atıb və Rusiyaya qaçıb" - VİDEO

Şəmkirdə dəhşətli qətl hadisəsi ilə bağlı yeni təfərrüat üzə çıxıb.

 

Rayonun Zəyəm Cırdaxan kənd sakini 56 yaşlı Arif Nəbiyevin meyiti yaşadığı evdən 50-60 metr aralıda yerləşən dərədə aşkar edilib.

 

Onun meyiti axtarışlardan 5 gün sonra - yanvarın 26-da kisəyə bükülmüş halda tapılıb. İlkin məlumata görə, Arif Nəbiyev azyaşlı oğlu tərəfindən qətlə yetirilib.

 

Mərhumun qardaşı Elbrus Nəbiyev hadisə ilə bağlı Baku TV-yə açıqlama verib:

 

"Hadisəni törədən öz oğludur. Atasını yatdığı yerdə baltalayıb, meyitini gətirib kanala atıb. Sonra isə Rusiyaya qaçıb. Özüm də Rusiyada yaşayıram, hadisəni eşidib gəlmişəm".

 

Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 27 Yanvar 2026, 18:41   
Seçilən
55
6
pravda.az

10Mənbələr