AZ

“Android 16”nın yenilənməsində problemlər yarandı

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Google Pixel” smartfon istifadəçiləri yanvar ayının proqram təminatı yeniləməsindən sonra Wi-Fi və “Bluetooth” qoşulmalarında ciddi problemlərlə üzləşiblər.

“Qafqazinfo” xəbər verir ki, “Android 16” bazasında olan yenilənmə zamanı “Pixel 8 Pro”, “Pixel 10” və “Pixel 10 Pro XL” modellərində simsiz şəbəkə funksiyalarının tamamilə sıradan çıxması barədə şikayətlər artıb.

Məlumata görə, “Google” forumlarında və “Reddit”də istifadəçilər cihazların Wi-Fi şəbəkələrini tapa bilmədiyini, “Bluetooth”un isə aktivləşmədiyini bildirirlər. Bəzi hallarda isə bu nasazlıqlar kamera tətbiqinin donması və fənərin işləməməsi ilə müşayiət olunur.

Qeyd edək ki, mütəxəssislər problemin “Google Play Services” tərəfindən idarə olunan arxa plan proseslərindəki xətalarla bağlı ola biləcəyini ehtimal edirlər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
3
qafqazinfo.az

4Mənbələr