ABŞ kəşfiyyatından Trampa məlumat verilib ki, İran rejimi 1979-cu ildən bəri ən zəif dövrünü yaşayır.
İnterpress.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Mənbələrə istinadən yayılan məlumata görə, ABŞ kəşfiyyatı prezident Donald Trampa İran rejiminin hazırda 1979-cu ildən bəri ən zəif vəziyyətdə olduğu barədə məruzə edib.
Ötən ilin sonunda baş verən kütləvi etirazlar hakimiyyəti ciddi şəkildə sarsıdıb və bu dalğa hətta ali lider Əli Xameneinin əsas dayağı hesab edilən bölgələri də əhatə edib.
Etirazlar yatırılsa da, zəif iqtisadiyyat və sərt repressiyalar rejimi çətin vəziyyətdə qoyub, bu da əhalini hakimiyyətdən daha da uzaqlaşdırıb.
Bu fonda ABŞ bölgədəki hərbi gücünü artırır. “Tomahawk” raketləri ilə təchiz olunmuş gəmilərin müşayiət etdiyi “Abraham Lincoln” aviadaşıyıcısı artıq ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olub.
Müvafiq əmr veriləcəyi təqdirdə, ABŞ 1-2 gün ərzində İrana zərbə endirmək imkanına malikdir.
Buna baxmayaraq, Tramp administrasiyasında mümkün hərbi zərbələrlə bağlı vahid fikir yoxdur.
Prezident “sürətli və qəti” effekt əldə etmək istəsə də, müşavirləri hərbi müdaxilənin rejimin dərhal süqutuna gətirib çıxaracağına şübhə ilə yanaşırlar.
Xuraman Etibarlı
İnterpress.az