AZ

iPhone nun bu modelini işlədənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Baku.ws portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Apple" korporasiyası köhnə "iPhone 5s" smartfonu üçün gözlənilmədən yeniləmə yayımlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə ixtisaslaşmış "MacRumors" nəşri diqqət çəkib.

iOS 12.5.8 yeniləməsi "iPhone 5s" və "iPhone 6" modelləri üçün təqdim olunub. Yeniləmə smartfonun aktivləşdirilməsi üçün tələb olunan sertifikatın qüvvədə olma müddətini uzadır.

Həmin sertifikat iMessage messenjeri və FaceTime videozəng xidmətinin işləməsi üçün də lazımdır. Bu smartfonlar üçün əvvəlki proqram təminatı yeniləmələri 2023-cü ilin yanvarında buraxılmışdı.

Jurnalistlər qeyd ediblər ki, "iPhone 5s" və "iPhone 6" modelləri müvafiq olaraq 13 və 12 il əvvəl təqdim edilib. Bu cihazlar "iPhone" istifadəçiləri arasında artıq əfsanəvi hesab olunur. Məsələn, "iPhone 5s" modelində ilk dəfə barmaq izi oxuyucusu - Touch ID tətbiq olunmuşdu.

Məqalə müəllifləri vurğulayırlar ki, "Apple" telefonlarını satışa çıxardıqdan sonra 10 ildən artıq müddətdə dəstəkləməyə davam edir.

Materialda bildirilir ki, quraşdırılmış sertifikatlar sayəsində bu cihazlar ən azı 2027-ci ilin yanvarına qədər işləyə biləcək. 2024-cü ilin iyununda "Apple" rəsmi şəkildə cihazlarını satışa çıxdığı tarixdən etibarən ən azı beş il müddətində yeniləmələrlə dəstəkləyəcəyini vəd edib. Adətən təhlükəsizlik yeniləmələri iPhone-lar üçün bu müddət bitdikdən sonra da buraxılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
1
baku.ws

2Mənbələr