AZ

Yunanıstan klubunun azarkeşlərini daşıyan mikroavtobus qəzaya uğrayıb, 7 nəfər ölüb

Rumıniyada baş verən ağır yol qəzasında Yunanıstanın PAOK futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus yük maşını ilə toqquşub.

"Far.Az" "Skai" televiziyasına istinadən xəbər verir ki, hadisədə 10 azarkeşdən 7-si həlak olub, 3-ü isə yaralanıb.

Məlumata görə, mikroavtobus bir başqa bir avtomobili ötməyə çalışarkən qarşıdan gələn spirtli içki daşıyan sisternlə toqquşub. Qəza nəticəsində mikroavtobus yol kənarına çıxıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal Buxarestdəki səfirliyə və konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına və onların ailələrinə bütün mümkün yardımı göstərmək tapşırığını verib. Səfirliyin xüsusi qrupu qəza yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara göndərilir.

Seçilən
20
far.az

1Mənbələr