"İşədüzəltmə vasitəçiliyi ilə məşğul olan hüquqi şəxslərin reyestri mövcuddur və 2026-cı ildən etibarən tam elektronlaşdırılıb. Elektronlaşma şəffaflığın və operativliyin təmin olunmasına xidmət edir və bu reyestrin fəaliyyəti artıq kifayət qədər qənaətbəxş səviyyəyə yüksəlib, gələcəkdə daha böyük nəticələr vəd edir".
Bu sözləri QHT.az-ın sualına cavab verən Dövlət Məşğulluq Agentliyində ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair keçirilən mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib. Onun sözlərinə görə, bu səbəbdən işədüzəltmə vasitəçiliyi ilə məşğul olan hüquqi şəxslər sözügedən reyestrdə qeydiyyatdan keçir və öz fəaliyyətlərini aktiv şəkildə həyata keçirirlər. Qeyd etmək istərdim ki, proseslər artıq tam elektron sistem üzərindən icra olunur:
"Vətəndaş cəmiyyəti nümayəndələrinə gəldikdə isə, biz hər zaman sizinlə əməkdaşlığa açığıq və bunu faydalı hesab edirik. Çünki fəaliyyətimizin, eləcə də vətəndaşlara və işəgötürənlərə təqdim etdiyimiz dəstək mexanizmlərinin cəmiyyətə düzgün və dolğun şəkildə çatdırılmasında sizin rolunuz böyükdür. Bu il də əvvəlki illərdə olduğu kimi əməkdaşlığımız davam etdiriləcəkdir".